ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər
# 15 dekabr 2015 23:59 (UTC +04:00)

Bakı-APA. ABŞ İranın nüvə sahəsində fəaliyyətini təhlükəli hesab edəcəyi təqdirdə Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcək. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

“Əgər milli təhlükəsizlik sahəsindəki nümayəndələrimiz hesab etsələr ki, yeni sanksiyalar bu fəallığa təsirli müqavimət göstərə bilər, onda əlavə tədbirlərin görüləcəyi istisna edilməyəcək”, deyə o qeyd edib.

Ernest həmçinin əlavə edib ki, İranın uzaq mənzilli raket buraxılışı ilə əlaqəli olan şəxslərə qarşı artıq ABŞ sanksiyaları tətbiq edilir.

Bundan əvvəl bildirilmişdi ki, İranın raket buraxılışı BMT TŞ-nin qətnaməsinin pozulması faktı kimi qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR