Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 42% artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 42% artıb
# 04 mart 2016 09:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin fevral ayında ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstana səfər edənlərin sayı 24% artıb.

"APA-Economics" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Dmitri Kumsişvili bildirib.

Onun sözlərinə görə, ötən ay ölkə ərazisində 24 saatdan artıq qalanların sayında da 19%-lik artım müşahidə olunur.

Baş nazirin müavini bildirib ki, fevral ayında Gürcüstana səfər edənlərin əksəriyyəti Azərbaycandan gəlib. Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan Gürcüstana gələnlərin sayı 41,9% artıb. İkinci və üçüncü yerləri Türkiyə və Ermənistan bölüşür.

Ümumilikdə, martın 1-ə Gürcüstana 683 min 561 nəfər gəlib ki, bunların 236 min 584 nəfəri turistdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR