Quldurluqda təqsirləndirilənlərə hökm oxunub

Quldurluqda təqsirləndirilənlərə hökm oxunub
# 12 oktyabr 2015 10:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Şəki şəhər sakini Gülşən Əzizova, Göyçay rayon sakini Zeynal Mikayılov, Bakı şəhər sakinləri, Natiq Abdullayev və İsmayıl İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Gülşən Əzizova 11 il, Zeynal Mikayılov 12 il, Natiq Abdullayev 13 il 6 ay, İsmayıl İsmayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslər Vüqar Əliyevə məxsus “İnfiniti” markalı avtomobili, 370 manatı və mobil telefonu quldurluq yolu ilə ələ keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR