Komorovski: “Bakı geniş regionda vacib olan məsələlərin müzakirəsi üçün çox yaxşı yerdir”

Komorovski: “Bakı geniş regionda vacib olan məsələlərin müzakirəsi üçün çox yaxşı yerdir”
# 10 mart 2016 15:32 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Bakı Forumu Şərq və Qərb, Rusiya və Avropa İttifaqı üzvləri arasında dialoqun davam etdirilməsi baxımından mühüm forumdur”.


APA-nın xəbərinə görə, bunu Polşanın sabiq prezidenti Branislav Komorovski deyib. O bildirib ki, forum millətlərin təhlükəsizliyi, ərazi bütövlüyü, sərhədlərinin təhlükəsizliyinin qorunması kimi məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Hazırda mədəniyyətlərarası, dinlərarası, siyasi dialoq böyük ehtiyac var. Azərbaycan, Bakı həqiqətən geniş regionda vacib olan məsələlərin müzakirəsi üçün çox yaxşı yerdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR