ABŞ aviasiyası Yəməndə 13 “Əl-Qaidə” silahlısını məhv edib

ABŞ aviasiyası Yəməndə 13 “Əl-Qaidə” silahlısını məhv edib
# 07 sentyabr 2016 02:09 (UTC +04:00)

Bakı-APA. ABŞ aviasiyasının avqustun 24-dən 4-dək “Əl-Qaidə” silahlılarının Yəməndəki mövqelərinə endirdiyi zərbələr nəticəsində 13 terrorçu ölüb, 1 nəfəri yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Yaxın Şərqdəki komandanlığının açıqlamasında bildirilir.

Pentaqonun xəbərinə görə, zərbələr Şabva əyalətində 24 və 30 avqust, habelə 4 sentyabr tarixlərində endirilib.

Əməliyyatın digər təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR