Putinlə Obama Suriya məsələsini müzakirə ediblər

Putinlə Obama Suriya məsələsini müzakirə ediblər
# 05 sentyabr 2016 09:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında “Böyük İyirmilik” sammiti çərçivəsində görüş keçirilib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar Xançjoudakı sərgi mərkəzində baş tutub.

Danışıqlar 1 saatdan çox davam edib.

Danışıqlarda Rusiya tərəfindən prezidentin köməkçisi Yuri Uşakov, mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Serqey Lavrov, ABŞ tərəfindən isə dövlət katibi Con Kerri iştirak ediblər.

Dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR