Qazaxıstanın dövlət katibi: “TürkPA qardaş xalqlar arasında münasibətlərin inkişafında mühüm əhəmiyyətə malikdir”

Qazaxıstanın dövlət katibi: “TürkPA qardaş xalqlar arasında münasibətlərin inkişafında mühüm əhəmiyyətə malikdir”
# 03 dekabr 2015 10:17 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılan TürkPA qardaş xalqlar arasında münasibətlərin inkişafında mühüm əhəmiyyətə malikdir”.

APA-nın “inform.kz” saytına istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan Respublikasının dövlət katibi Gülşara Abdıkalikova “Böyük çölün dövlətçiliyi və parlamentarizmi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

G. Abdıkalikova Böyük çölün türkdili xalqların beşiyi olduğunu və onlar arasında yaxın münasibətlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Konfransa TürkPA üzvü olan dövlətlərin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrləri, Türkiyə və Macarıstan parlamentlərinin nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, səfirlər, elm adamları qatılıb.

Tədbiri Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Respublikasının Məclisi birgə təşkil edilib.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada TürkPA-nın 6-cı plenar iclası keçiriləcək. Əsas müzakirə mövzusu “İnformasiya və media sahəsində əməkdaşlıq” olan plenar iclasda sədrlik Azərbaycandan Qazaxıstana veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR