SOCAR apreldə 62,5 min ton dizel, 15 tona yaxın təyyarə yanacağı ixrac edib

SOCAR apreldə 62,5 min ton dizel, 15 tona yaxın təyyarə yanacağı ixrac edib
# 02 may 2016 16:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin aprel ayında 62 518 ton dizel yanacağı, 14 898 ton təyyarə yanacağı ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ötən ay həmçinin 57 ton soba mazutu, 8 073 ton yüksək təzyiqli polietilen, 1 881 ton mütləqləşdirilmiş izopropil spirti, 6 570 ton maye piroliz qətranı, 3 482 ton propilen və 2 377 ton butilen butadien fraksiyası ixrac edib.


Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində 281 931 ton dizel yanacağı, 89 620 ton təyyarə yanacağı, 176 ton soba mazutu, 32 841 yüksək təzyiqli polietilen, 5 086 ton mütləqləşdirilmiş izopropil spirti, 21 654 ton maye piroliz qətranı, 15 693 ton propilen və 3 719 ton butilen butadien fraksiyası ixrac edilib.

Qeyd edək ki, bu ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 466,86 dollar, təyyarə yanacağının - 378,46 dollar, dizel yanacağının - 353,77 dollar, 1% kükürdlü mazutun qiyməti 179,17 dollar, yüksək təzyiqli polietilen 1215,00 dollar, butilen butadien fraksiyası 422,74 dollar, propilen 620 avro, mütləqləşdirilmiş izopropil spirti 693,75 avro təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR