ABŞ səfiri: "Tərəflərin böyük sülh sazişi üzərində birgə işləməsi çox vacibdir"

ABŞ səfiri: "Tərəflərin böyük sülh sazişi üzərində birgə işləməsi çox vacibdir"
# 06 may 2016 11:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “İndiki məqamda tərəflərin atəşkəs rejiminə riayət etməsi, vəziyyəti daha da çətinləşdirəcək addımlardan çəkinməsi və böyük sülh sazişi üzərində birgə işləməsi çox vacibdir”.

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanda Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib. O xatırladıb ki, ABŞ Dövlət Departamentinin bununla bağlı bəyanatı olub: “Minsk Qrupunun həmsədrləri böyük sülh sazişi üzərində iş aparılması üçün tərəflərlə işləyirlər. ABŞ dövlət katibi Con Kerri də bu məsələni diqqətdə saxlayır. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik gərginliyin azaldılması və tərəfləri bir araya gətirərək sülh razılaşmasına nail olmaq istiqamətində çalışır. Hər kəs öz diqqətini məhz bu istiqamətə yönəltməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR