Etibar Məmmədov Yusif Bağırzadənin istefasına münasibət bildirib

Etibar Məmmədov Yusif Bağırzadənin istefasına münasibət bildirib
# 07 oktyabr 2015 14:13 (UTC +04:00)

O, APA-ya açıqlamasında deyib ki, Y. Bağırzadə səhhətində yaranan problemlərlə əlaqədar istefa verib: “O, istefası ilə bağlı AMİP rəhbərliyinə müraciət edib, bu məsələyə partiyada baxılacaq”.

E. Məmmədov əlavə edib ki, Y. Bağırzadə istefa verəcəyi barədə əvvəldən ona heç nə bildirməyib.

AMİP lideri yenidən partiya sədri olmaq niyyətində olmadığını da vurğulayıb.

Qeyd edək ki, Y. Bağırzadə APA-ya açıqlamasında partiya sədrliyindən və üzvlüyündən istefa verdiyini deyib. O, bunu səbəbini səhhətində yaranan problemlərlə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR