Sumqayıtda 2 otaqlı ev yanıb

Sumqayıtda 2 otaqlı ev yanıb
# 12 yanvar 2016 19:28 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Bakı-Quba yolunun 42-ci kilometrliyində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR