Bahar Muradova: “Təmas xəttində yaşayan əhali yüksək əhval-ruhiyyədədir”

Bahar Muradova: “Təmas xəttində yaşayan əhali yüksək əhval-ruhiyyədədir”
# 05 aprel 2016 11:13 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisinin sədr müavini Bahar Muradova seçildiyi ərazi olan, hazırda döyüşlərin getdiyi Füzuli rayonundan qayıdıb.

APA-nın xəbərinə görə, bu barədə Milli Məclisə məlumat verən B. Muradova bildirib ki, təmas xəttində yaşayan əhali yüksək əhval-ruhiyyədədir: “İnsanlar öz işində-gücündədir. Onlar sosial şəbəkələrdə döyüş əməliyyatlarının nəticələri barədə yayılan qeyri-dəqiq məlumatlardan narahatdırlar. Sosial şəbəkələrə diqqət yetirmək lazımdır. Bizə tanış olmayan profillərdən yayılan məlumatlara inanmaq lazım deyil. Belə fikirlər var idi ki, guya müharibəni görməyənlər Qarabağda savaş başlayarsa, ona az maraq göstərəcəklər. Son günlər baş verənlər isə bu fikirləri alt-üst etdi. Gənclərimizdən cəbhəyə getmək üçün xeyli müraciətlər var. Bu da onlarda olan döyüş ruhunu göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR