Astanada Xəzəryanı ölkələrin XİN-in rəhbərlərinin görüşü keçirilir

Astanada Xəzəryanı ölkələrin XİN-in rəhbərlərinin görüşü keçirilir
# 12 iyul 2016 16:11 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Qazaxıstanın paytaxtı Astana şəhərində Xəzərin hüquqi statusu ilə bağlı sahilyanı ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Facebook” səhifəsində yazıb. O bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı ilə görüşdükdən sonra Xəzəryanı dövlətlərin xarici siyasət idarələri rəhbərlərinin işgüzar görüşü başlayıb.


Qeyd edək ki, Azərbaycan XİN-in mətbuat xidməti nazir Elmar Məmmədyarovun iyulun 13-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşündə iştirak etmək üçün Astanaya səfər edəcəyi ilə bağlı məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR