Salyanda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Salyanda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb
# 19 avqust 2016 21:04 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Qaraçala kəndində baş verib. Salyan rayon sakini, 1968-ci il təvəllüdlü Sarxanov Aslan Sarapalı oğlu naməlum avtomobil tərəfindən vurulub.

Ağır kəllə-beyin travması alan piyada Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Sürücü hadisə yerindən yaralıya kömək etmədən qaçıb. Hazırda hadisəni törədən sürücünün axtarılması istiqamətində Salyan polisi tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR