Azərbaycanda informasiyanın əldə olunması ilə bağlı hüquqi yardım mexanizmləri yaradılacaq

Azərbaycanda informasiyanın əldə olunması ilə bağlı hüquqi yardım mexanizmləri yaradılacaq
# 29 aprel 2016 10:36 (UTC +04:00)

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Milli Fəaliyyət Planına əsasən İnsan hüquqları üzrə Müvəkkil (ombudsman) 2016-2017-ci illərdə “İnformasiya əldə etmək haqqında” qanunun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirməsinə nəzarət imkanlarının gücləndirilməsi üzrə tədbirlərin görülməsini təmin etməlidir. 2016-2018-ci illərdə informasiyanın əldə olunması ilə bağlı Ombudsmana hüquqi yardım mexanizmlərinin yaradılması, ixtisaslaşmış təlimlərin və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR