Gəncədə FHN-in 10 illiyi qeyd olunub

Gəncədə FHN-in 10 illiyi  qeyd olunub
# 16 dekabr 2015 11:12 (UTC +04:00)


Gəncə. Azər Məmmədli – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illiyi münasibəti ilə Gəncədə tədbir keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, FHN-in Gəncədə yerləşən yerli qurumlarının rəhbərləri və əməkdaşları əvvəlcə şəhərin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra isə nazirliyin Gəncə Regional Mərkəzində toplantı keçirilib. Tədbirdə FHN-in fəaliyyətinə həsr olunan film izlənilib.

Mərkəzin rəis müavini, polkovnik Əzizağa Əliyev, sektor müdiri Elnur İmanov və digərləri çıxış edərək FHN-in son ildə gördüyü işlər və qarşıya qoyulan vəzifələr barədə danışıblar. Bildirilib ki, ölkə rəhbərinin qayğısı sahəsində qurumun maddi-texniki və kadr potensialı getdikcə güclənir. İstənilən fövqəladə hadisənin tez və vaxtında qarşısının alınması üçün hər bir şəraitin olduğu bildirilib. Tədbirdə iştirak edən qonaqlarda FHN-in əməkdaşlarını yubiley münasibəti ilə təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR