Xədicə İsmayılovanın şikayəti əsasında məhkəmə başlayıb

Xədicə İsmayılovanın şikayəti əsasında məhkəmə başlayıb
# 15 oktyabr 2015 13:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında Xədicə İsmayılova vəkil Yalçın İmanovla müqavilə bağlamaq istəyini bildirib. Lakin məhkəmə onun vəsatətini təmin etməyib.

Daha sonra vəkil Fəxrəddin Mehdiyev Xədicə İsmayılovanın şüşə qəfəsdən çıxarılıb vəkillərinin yanında əyləşməsi, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmə işinin qismən istintaqla aparılması barədə vəsatətlər verib. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə baxışı oktyabrın 29-na təyin edilib.

Xatırladaq ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7,5 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR