Musa Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub

Musa Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub
# 29 yanvar 2016 15:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq artisti Musa Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub. APA-nın məlumatına görə, dəfn mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, M. Mirzəyev yanvarın 29-da Bakıda dünyasını dəyişib. 82 yaşlı bəstəkar mikro insult diaqnozu ilə müalicə olunurdu.

M. Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün "Konsert-rondo" və başqa əsərlərin müəllifidir.

Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR