Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron rayonunda sirkə turşusundan zəhərlənən şəxs ölüb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 27-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan Güləndər Əliyeva sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və noyabrın 7-də oarada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.