ABŞ-da qasırğa ilə əlaqədar 2500 aviareys təxirə salınıb

ABŞ-da qasırğa ilə əlaqədar 2500 aviareys təxirə salınıb
# 06 oktyabr 2016 13:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. ABŞ-da “Metyu” qasırğası ilə əlaqədar 2500 aviareys təxirə salınıb.

APA-nın məlumatına görə, bu barədə “ABC News” xəbər yayıb.

Bildirilir ki, qaydaya əsasən hava limanları küləyin sürəti saatda 50 kilometrə çatdığı halda uçuş-enmə zolağı bağlanır. Meteoroloji proqnozlara əsasən Florida ştatında qasırğa ilə əlaqədar küləyin sürəti 3 dəfə artacaq. Bununla əlaqədar şirkətlər uçuşları dayandırıb. Təyyarələr artıq təhlükəsiz regionlara daşınıb. Lakin heyət sutkalıq iş rejimində işləyəcək.

Məhdudiyyət oktyabrın 8-dək qüvvədə qalacaq.

Həmçinin yaxınlaşmaqda olan qasırğa ilə əlaqədar Florida ştatının rəhbərliyi əhalinin nisbətən təhlükəsiz yerlərə evakuasiya edildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR