Azərbaycanda piratçılığın səviyyəsi azalıb

Azərbaycanda piratçılığın səviyyəsi azalıb
# 17 mart 2016 08:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “2001-ci ildə kreativ iqtisadiyyatın ümumi daxili məhsuldakı payı 1,1 faiz olduğu halda, hazırda 5 faizə qədər yüksəlib, həcmi isə 13 dəfə artıb”.

APA-nın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Kreativ sənayelərdən faydalanaq: Kreativlik və milli inkişaf” mövzusunda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, “ÜDM-də müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın rolunun artırılması sahəsində 2016-2018-ci illər üçün Dövlət Proqramı hazırlanır.

Agentlik sədrinin sözlərinə görə, Azərbaycanda sözügedən sahənin çoxillik statistikasının məlumat bazası yaradılıb: “Bu çərçivədə yaxın günlərdə təsdiqi gözlənilən, Müəllif Hüquqları Agentliyi tərəfindən hazırlanan və müvafiq strukturlarla razılaşdırılmış Nazirlər Kabinetinin “Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərar layihəsi qeyd edilməlidir”.

K. İmanov qeyd edib ki, keçirilən tədbirlər nəticəsində 2015-ci ildə Azərbaycan piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 31 faiz, audio-video məhsulları bazarında 25 faiz, proqram təminatında 11 faiz aşağı düşüb. 1996-2016-cı ilin ilk iki ayı ərzində agentlikdə 6646 müəllif və hüquq sahibinin 10391 əsəri qeydiyyatdan keçib və müvafiq şəhadətnamələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR