"Royal Bank"ın ləğvedicisinin apellyasiya şikayəti təmin olunmayıb

"Royal Bank"ın ləğvedicisinin apellyasiya şikayəti təmin olunmayıb
# 26 may 2016 07:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində "Royal Bank" ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consulting. Company” şirkətinin İran İslam Respublikasının "Bank Pasargad" bankına qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, bankın ləğvedicisi borcun tutulması barədə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmədə icraata xitam verilməsinə dair qərar qəbul olunub. Həmin qərardan bankın ləğvedicisi şikayət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR