Bakıda iki maşın yanıb

Bakıda iki maşın yanıb
# 27 iyun 2016 07:34 (UTC +04:00)

Bakı - APA. Bakının Xətai rayonunda vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və qabaq təkərləri yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Suraxanı rayonunda isə vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqda dayanmış digər avtomobillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR