Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
# 18 yanvar 2016 11:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da saat 10 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Fəridə Həsənova idarə etdiyi “KİA” markalı avtomobili aşırıb. Nəticədə F.Həsənova, sərnişinləri - anası Minarə Hacıyeva və Sədaqət Həsənova xəstəxanaya yerləşdirilib. M.Hacıyeva orada ölüb.

Yanvarın 16-da saat 23 radələrində Sumqayıt şəhərində şəhər sakini Siyasət Bağırovun idarə etdiyi “VAZ-21015” və Bakı şəhər sakini Nizami Qocayevin idarə etdiyi “Chery” markalı avtomobillər toqquşub. Nəticədə S.Bağırovun sərnişini, həmyerliləri Vüsal Orucov hadisə yerində ölüb, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR