Ukraynada hərbi zavodda partlayış nəticəsində NATO nümayəndəsi daxil olmaqla, 3 nəfər ölüb

Ukraynada hərbi zavodda partlayış nəticəsində NATO nümayəndəsi daxil olmaqla, 3 nəfər ölüb
# 29 iyul 2016 03:59 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Sumskaya vilayətində “Ukroboronprom” dövlət konserninin obyektində baş vermiş partlayış nəticəsində NATO nümayəndəsi daxil olmaqla, 3 nəfər ölüb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış utilizasiya üçün gətirilmiş döyüş sursatlarının qəbulu zamanı baş verib.

Ukraynanın Mərkəzi Region Hərbi Prokurorluğunun məlumatına görə, insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Məlumata görə, hadisə zamanı yeddi ədəd X-27 “yer-hava” tipli raket partlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR