Seymur Həzinin şikayəti təmin edilməyib

Seymur Həzinin şikayəti təmin edilməyib
# 29 sentyabr 2015 15:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt Apellyasiya Məhkəməsində "Azadlıq" qəzetinin şöbə müdiri, AXCP sədrinin müavini Seymur Həzinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, Abşeron rayon Polis Şöbəsi və Prokurorluğunun birgə yaydığı məlumata görə, ötən il Ceyranbatan qəsəbəsində Seymur Həziyevlə Bakı şəhər sakini Məhərrəm Həsənov arasında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkətlərinə yol verilməsi faktı ilə bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və S. Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Abşeron Rayon Məhkəməsinin hökmünə əsasən, S. Həziyev 5 il, M. Həsənov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S. Həzi apellyasiya şikayəti verib. O, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR