Canahgir Hacıyevlə bağlı məhkəməyə müraciət olunacaq

 Canahgir Hacıyevlə bağlı məhkəməyə müraciət olunacaq
# 11 yanvar 2016 09:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevlə bağlı məhkəməyə müraciət olunacaq.

Bu barədə APA-ya məlumat verən vəkil Aqil Layıcov bildirib ki, 10 gündən artıqdır ki, Cahangir Hacıyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır: “Cahangir Hacıyev on gündür ki saxlanıldığı Bakı İstintaq təcridxanasından həmin idarəyə gətirilib. Bu qanunvericiliyə ziddir. Bununla bağlı bu gün Nərimanov rayon Məhkəməsinə saxlanmanın qanunsuz hesab edilməsi barədə iddia ilə müraciət edəcəyəm”.

Vəkil bu gün müdafiə etdiyi şəxslə görüşəcəyini də deyib.

Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR