Azərbaycanda bayram gününün hava proqnozu açıqlanıb

Azərbaycanda bayram gününün hava proqnozu açıqlanıb
# 05 iyul 2016 10:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İyulun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal var. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 6-7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüd meteohəssas insanlar üçün əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR