İŞİD-in Kabildə törətdiyi partlayış nəticəsində ölənlərin sayı 80-ə çatıb, 230 nəfər yaralanıb - YENİLƏNİB

İŞİD-in Kabildə törətdiyi partlayış nəticəsində ölənlərin sayı 80-ə çatıb, 230 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 23 iyul 2016 18:36 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 80-nə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 80 nəfər ölüb, azı 230 nümayişçi yaralanıb. Küçələrinə elektrik xəttinin çəkilməsini istəyən etnik xəzərlərin keçirdiyi aksiya zamanı iki kamikadze özünü partladıb. Daha bir kamikadze-terrorçu polis tərəfindən öldürülüb.

Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

**** 18.42

Bakı. Etibar Məmmədov – APA. Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı partlayış törədilib.

APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 61 adam ölüb, 207 nümayişçi yaralanıb. Küçələrinə elektrik xəttinin çəkilməsini istəyən şiə məzhəbinə mənsub etnik xəzərlərin keçirdiyi aksiya zamanı iki kamikadze özünü partladıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR