Azərbaycanlı FİFA referisi cəzalandırılıb

Azərbaycanlı FİFA referisi cəzalandırılıb
# 02 fevral 2016 09:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycanlı FİFA referisi Orxan Məmmədov cəzalandırılıb. Bu barədə apasport.az saytına AFFA Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov məlumat verib.

Orxan Məmmədovun ölkə çempionatının XIX turunda təyinat almamağı məhz bununla əlaqədardı.

31 yaşlı hakimin cəzalandırılmasına səbəb isə qış fasiləsindən öncəki turlarda qeyri-qənaətbəxş idarəçilik etməsidi. Xüsusən, Topaz Premyer Liqasının XVIII turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Rəvan” (3:3) görüşündə buraxdığı nöqsanlar Məmmədovun HK tərəfindən cəzalandırılması ilə nəticələnib.

Məsələ ilə bağlı qısa danışan Xaqani Məmmədov yetirməsinin neçə oyunluq cəzalandırıldığını açıqlamayıb: “Orxan hazırda cəzalıdı. Buna görə də, 19-cu turda ona təyinat verilmədi. Orxanı qeyri-müəyyən müddətə cəzalandırmışıq. Cəzasının müddətini konkret açıqlaya bilmərəm. Təkcə onu deyim ki, mövsümün sonuna qədər cəzalandırılmayıb”.

Qeyd edək ki, Orxan Məmmədov ötən ildən FİFA referisi adını daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR