Özbəkistanda dövlət müstəqilliyi ilə bağlı rəsmi tədbirlər təxirə salınıb

Özbəkistanda dövlət müstəqilliyi ilə bağlı rəsmi tədbirlər təxirə salınıb
# 30 avqust 2016 14:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Özbəkistan hökuməti dövlət müstəqilliyi ilə bağlı sentyabrın 1-nə planlaşdırılan təntənəli mərasimləri təxirə salıb.

APA-nın məlumatına görə, bu barədə BBC-nin Özbəkistan bürosu etibarlı mənbəyə istinadən xəbər yayıb. Qərarın səbəbi bəlli deyil. Bunun ölkə prezidenti İslam Kərimovun sağlıq durumu ilə bağlı ola biləcəyi güman edilir.

Xatırladaq ki, ötən gün “ferqana.ru” saytı 78 yaşlı İslam Kərimovun öldüyü barədə məlumat yayıb. Özbəkistan hakimiyyəti bu xəbəri rəsmən şərh etməyib. Prezidentin qızı Lola Kərimova isə atasının beyninə qan sızdığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR