IV Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılış mərasimi keçirilib - FOTOSESSİYA

IV Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 sentyabr 2015 13:44 (UTC +04:00)

APA-nın məlumatına görə, mərasimdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycan Yazıçılar Birliyi sədri Anar və başqaları iştirak ediblər.

Ə. Qarayev bildirib ki, artıq ənənə halını alan Kitab Sərgi Yarmarkasına hər il maraq daha da artır: “Azərbaycanda kitab və poliqrafiya işi genişlənir, inkişaf edir. Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdiyi kitablar yüksək poliqrafiya keyfiyyəti ilə fərqlənir və dünyanın ən nüfuzlu kitab sərgilərində nümayiş olunur. Kitab Sərgi Yarmarkasına əvvəllər 30 nəşriyyat qatılırdısa, indi nəşriyyatların sayı 120-yə çatıb. Bizim təşkil etdiyimiz kitab yarmarkasında dünyanın 30-a yaxın ölkəsi iştirak edir”.

Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkada Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumlar iştirak edir.

100-dən artıq yerli nəşriyyat və bu sahəyə bağlı olan digər qurumlar sərgidə iştirak üçün qeydiyyatdan keçib. Nazirliyin artıq 4-cü dəfə təşkil etdiyi sərgidə nəşriyyatlar müstəqil şəkildə tədbirlər təşkil edəcək, oxucu və yazıçıların görüşünü keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR