Gürcüstanın Rəqabət Agentliyinin SOCAR-a tətbiq etdiyi cərimə qüvvədə qalıb, şirkət ittihamı rədd edir

Gürcüstanın Rəqabət Agentliyinin SOCAR-a tətbiq etdiyi cərimə qüvvədə qalıb, şirkət ittihamı rədd edir
# 13 aprel 2016 09:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Tbilisi şəhər məhkəməsi Gürcüstanın Rəqabət Agentliyi tərəfindən "SOCAR Georgia Petroleum" şirkətinə tətbiq etdiyi 14,4 mln. lari (9,7 mln. manat) cəriməni qüvvədə saxlayıb.

"APA-Economics" "Bizzone" xəbər portalına istinadən xəbər verir ki, Rəqabət Agentliyi iddia edir ki, bu cərimənin tətbiq olunmasına səbəb "SOCAR Georgia Petroleum" tərəfindən 2012-2014-cü illərdə Gürcüstanın "Rəqabət Haqqında" qanununun tələblərini pozmasıdır.

Agentlik digər bazar iştirakçılarını da analoji qanun pozuntusu ilə cərimələyib.

Məsələyə SOCAR-ın törəmə şirkəti də münasibət bildirib. Şirkətin yaydığı bəyanatda deyilir ki, "SOCAR Georgia Petroleum" öz fəaliyyəti zamanı qanunun tələblərini pozmayıb: "Bizə qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır".

Şirkətin apellyasiya şikayəti verib-verməyəcəyi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR