Putinin köməkçisi: “İranla hərbi-texniki əməkdaşlığı genişləndirəcəyik”

Putinin köməkçisi: “İranla hərbi-texniki əməkdaşlığı genişləndirəcəyik”
# 07 dekabr 2015 09:29 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “İrana tətbiq edilən sanksiyalar aradan qalxdıqdan sonra Tehranla hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələri genişləndirəcəyik”.

APA-nın xəbərinə görə, bu barədə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin “İzvestiya” nəşrinə müsahibəsində deyib.

“İran tərəfi bu məsələyə böyük maraq göstərir. İran silahlı qüvvələri ciddi yenilənməyə ehtiyac duyur. Nəzərə alsaq ki, İran böyük orduya sahibdir, söhbət milyardlarla ölçülən layihələrdən gedir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR