IMF: İlin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müəyyən irəliləyiş ola bilər

IMF: İlin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müəyyən irəliləyiş ola bilər
# 31 may 2016 12:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Neftin qiymətinin aşağı düşməsi yalnız Azərbaycana deyil, regionun digər ölkələrinə də ciddi təsir edib. Nəticədə, iki dəfə devalvasiyaya uğrayan manatın məzənnəsi üzən məzənnə rejimi ilə müəyyən olunur. Azərbaycan iqtisadiyyatı buna adaptasiya olmalıdır".

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) missiyasının rəhbəri Məhəmməd əl Qorçi deyib.

"İlin ikinci yarısından etibarən müəyyən qədər irəliləyiş görə bilərik. Cari əməliyyatların balansı yaxşılaşır. Əslində bu xarici şoklar iqtisadiyyatın modelinin dəyişməsi üçün bir fürsətdir. Bu günə qədər Azərbaycan iqtisadiyyatı neftdən asılı idi. Lakin indi hamı qəbul edir ki, özəl sektora və güclü struktur islahatlara əsaslanan iqtisadiyyata doğru getmək zamanıdır. Hal-hazırda bir sıra struktur islahatları aparılır. Bu islahatlar isə öz müsbət nəticəsini göstərəcək. Düzdür, həll edilməli bir sıra çətinliklər var. Hökumət isə bu çətinliklərin aradan qaldırılmasına çalışır. Ən əsas çətinliklərdən biri isə bank sektorunda restrukturizasiyası ilə bağlıdır. IMF olaraq biz öz məsləhətlərimizi veririk. Müəyyən planlarımız var. Yaxın günlərdə də hökumətlə bununla bağlı məsləhətləşmələr aparacağıq. Əgər hökumət ehtiyac duyarsa, Beynəlxalq Valyuta Fondu onlara texniki yardım da göstərə bilər", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR