Şirvanda içərisində 43 min manat olan bankomat oğurlanıb

Şirvanda içərisində 43 min manat olan bankomat oğurlanıb
# 31 avqust 2016 10:21 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Şirvan şəhərində bir banka məxsus bankomat oğurlanıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, polisə bu gün saat 04.00 radələrində Hacı Qəhrəmanlı qəsəbəsində yerləşən bankomatın oğurlanması barədə məlumat daxil olub. İlkin ehtimala görə, bankomatda 43 min manat olub.

Şirvan Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR