Aurelia Qriqoriu Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təsis etdiyi “Şərəf” ordeni ilə təltif edilib

Aurelia Qriqoriu Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təsis etdiyi “Şərəf” ordeni ilə təltif edilib
# 16 mart 2016 16:24 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Moldova parlamentinin keçmiş parlament vəkili (ombudsman), Moldova İctimai Palatasının sədri Aurelia Qriqoriu Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı tərəfindən təsis edilmiş “Şərəf” ordeni ilə təltif edilib.

Azərbaycanın Moldovadakı səfirliyində ordenin təqdim edilməsi mərasimi keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, A. Qriqoriu bu mükafata Azərbaycanla Moldova arasında dostluq əlaqələrinin möhkəmlənməsi, ölkələrin ərazi bütövlüyü və insan haqlarının müdafiəsi sahəsində çoxillik səmərəli fəaliyyətinə görə layiq görülüb.

Ordeni Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı adından onun sədri Elmar Məmmədov təqdim edib.

Mərasimə Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, digər ölkələrdən olan diplomatlar, Moldova ictimaiyyətinin nümayəndələri, elm, mədəniyyət xadimləri qatılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR