Moskvadakı yanğında ölənlərin əksəriyyəti Orta Asiya ölkələrinin vətəndaşlarıdır

Moskvadakı yanğında ölənlərin əksəriyyəti Orta Asiya ölkələrinin vətəndaşlarıdır
# 27 avqust 2016 10:35 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva şəhərində baş verən yanğında ölənlərin əksəriyyəti Orta Asiya ölkələrinin vətəndaşlarıdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yanğın paytaxtın Altufyevo şossesi-5 ünvanında yerləşən “Peçatnıy ekspress” mətbəəsinin anbarında baş verib. Ölənlər həmin anbarda işləyən və yaşayan miqrantlardır. Yanğın onlar yuxuda olarkən başlayıb və miqrantlar tüstüdən boğulublar.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi yanğın nəticəsində 17 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə xəsarət aldığını bildirib.

Olaydan bir qədər sonra anbarda yaşayanların yaxınları və qohumları olay yerinə toplaşıb. Onlardan bəziləri yaxınlarından xəbər ala bilmədiklərini söyləyiblər.

Rusiya İstintaq Komitəsində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR