Tiflisdə “Milli azlıqların seçkilərdə və siyasi proseslərdə iştirakı” mövzusunda görüş keçirilib

Tiflisdə “Milli azlıqların seçkilərdə və siyasi proseslərdə iştirakı” mövzusunda görüş keçirilib
# 19 sentyabr 2016 19:06 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdə “Milli azlıqların seçkilərdə və siyasi proseslərdə iştirakı” mövzusunda görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan ombudsman aparatından məlumat verilib.

Tədbirdə iştirak edən Gürcüstanın ombudsmanı Uça Nanuaşvili, ombudsman aparatının yanında milli azlıq şurasının əlaqələndiricisi Koba Çopliani, Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müavini Petre Kankava, USAİD təşkilatının Gürcüstandakı nümayəndəsi Tamara Serbiladze, Gürcüstan MSK-nın işçisi Sofia Siçinava və başqaları çıxış edərək bölgələrdə və Tiflisdə yaşayan milli azlıq nümayəndələrinin suallarını cavablandırıblar. Tədbirdə suallar əsasən milli azlıqların seçkilərdə iştirakına yönəldilib. Tədirdə çıxış edən Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının rəhbəri Əli Bədirov və digər natiqlər Kvemo Kartli və Samsxe Savaxeti bölgələrindəki mövcud durum haqqında fikirlərini bildiriblər.

Görüşdə milli azlıq nümayəndələrinin parlament seçkilərində deputatlığa namizədlik məsələləri, gender bərabərliyi, qadınların seçkilərdə namizədliyinin irəli sürülməsində problemlər və onların seçki prosesində fəallığı, həmçinin parlament seçkilərində dövlət dilinə üstünlük verilməsi məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR