Şirvanda polis əməkdaşını avtomobil vurub

Şirvanda polis əməkdaşını avtomobil vurub
# 03 avqust 2016 21:37 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvanda 34 yaşlı polis əməkdaşını avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 23.00 radələrində şəhər mərkəzində qeydə alınıb. Şirvan polis şöbəsinin post patrul xidmətinin əməkdaşı, polis nəfəri, 1982-ci il təvəllüdlü Şahbazov Fuad Əsgər oğlu yolu keçərkən avtomobil tərəfindən vurulub. Nəticədə polis əməkdaşı təpə nahiyəsinin əzilmiş xəsarəti ilə Şirvan şəhərə xəstəxanasına yerləşdirilib. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR