UNESCO-nun mütəxəssisi Milli Azərbaycan Tarixi Muzeyində olub

UNESCO-nun mütəxəssisi Milli Azərbaycan Tarixi Muzeyində olub
# 11 noyabr 2015 08:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin dəvəti ilə Azərbaycanda işgüzar səfərdə olan UNESCO-nun manuskriptlərin bərpası üzrə mütəxəssisi və məsləhətçisi Stavros Andreou muzeyin bərpa laboratoriyasının əməkdaşları ilə təcrübə mübadiləsi keçirib.

APA-nın məlumatına görə, müəssisənin rəhbərliyi ilə görüşdə respublikada tarixi-mədəni abidələrin qorunması, yeni muzeylərin açılması barədə məlumat verilib, muzeydə görülən işlər nümayiş etdirilib.

Qonağa muzeyin nəşrləri təqdim olunub. S.Andreou UNESCO xətti ilə Qüdsdəki İslam Muzeyində saxlanılan nadir əlyazmaların bərpa prosesini əks etdirən rəqəmsal surətləri və müvafiq elmi kitabları muzeyə hədiyyə edib.

Muzeydə qorunan sənədlərin vəziyyəti ilə tanış olan mütəxəssis laboratoriyanın əməkdaşlarına sənədli mənbələrin saxlanılmasına və konservasiyasına dair məsləhətlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR