AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri sentyabrın 22-də müzakirə olunacaq

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri sentyabrın 22-də müzakirə olunacaq
# 09 avqust 2016 10:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfərləri Monitorinq Komitəsinin iclasında müzakirə olunacaq.

APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, sentyabrın 22-23-də komitənin Albaniyanın Tirana şəhərində iclası keçiriləcək.

İclasın ilk günündə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın iyunun 15-17-də Azərbaycana faktaraşdırıcı səfərləri ilə bağlı informasiya qeydlərinə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR