Bakıda Türkiyə vətəndaşına məxsus ət kəsmə məntəqəsində mənşəyi bilinməyən ət aşkar edilib

Bakıda Türkiyə vətəndaşına məxsus ət kəsmə məntəqəsində mənşəyi bilinməyən ət aşkar edilib
# 09 avqust 2016 09:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Türkiyə vətəndaşının ət kəsmə məntəqəsində mənşəyi bilinməyən ət aşkar edilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov rayon 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkiyə vətəndaşı Ucal Ergün tərəfindən rayon ərazisində icarəyə götürülmüş “Ergün Ucal” ət kəsmə məntəqəsində mənşəyi məlum olmayan 200 kq ət aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR