BMT TŞ-nin qeyri-daimi üzvləri seçilib

BMT TŞ-nin qeyri-daimi üzvləri seçilib
# 15 oktyabr 2015 22:21 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qeyd olunan ölkələrin namizədliyi müvafiq regional qruplar tərəfindən əvvəlcədən dəstəklənib. Lakin konsensusa baxmayaraq, BMT TŞ-ə üzv seçilmək üçün onların hər birinə Baş Assambleya üzvlərindən ən azı 129 səs toplamaq gərəkdir.

BMT Nizamnaməsinə əsasən, səsvermə gizli rejimdə keçirilib. Onun nəticələri Baş Assambleyanın 70-ci sessiyasının sədri Mogens Lükketoft elan edib.

“Misir, Yaponiya, Seneqal, Ukrayna və Uruqvay 2016-cı ilin yanvarın 1-dən başlayaraq iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvləri seçilib”, deyə Mogens Lükketoft bildirib.

Anqola, Venesuela, İspaniya, Yeni Zelandiya, Malayziya BMT TŞ-də daha bir il təmsil olunacaqlar.

BMT TŞ-ə 15 dövlət daxildir, onlardan Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa qurumun daimi üzvüdür.

2015-ci ilin dekabrın 31-dən BMT TŞ-i, müvafiq olaraq, İordaniya, Nigeriya, Litva, Çad və Çili tərk edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR