Bakıda mənzildə 74 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildə 74 yaşlı qadının meyiti tapılıb
# 06 aprel 2016 23:55 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1942-ci il təvəllüdlü Dilarə Hüseyn qızı Əkbərovanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:09-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR