Alman musiqi: “Orkestrə Azərbaycan musiqiçiləri də cəlb olunacaq”

Alman musiqi: “Orkestrə Azərbaycan musiqiçiləri də cəlb olunacaq”
# 26 sentyabr 2016 11:39 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. “”Millətlər Filarmoniyası” orkestri Azərbaycan mədəniyyətinin dünyada təbliği işinə yaxından köməklik edəcək. Müxtəlif millətlərdən təşkil edilən bu orkestrin tərkibinə Azərbaycan musiqiçiləri də cəlb olunacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu sözləri Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qəbələ şəhərində çıxış edən Almaniyanın dünya şöhrətli “Millətlər Filarmoniyası” orkestrinin rəhbəri və dirijoru, pianoçu Yustuz Frantz deyib. O, festivalda yüksək təşkilatçılığın şahidi olduğunu söyləyib: “Düşünürəm ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlərin Bakı ilə yanaşı Qəbələdə, bu mənzərəli yerdə, təbiət qoynunda keçirilməsi mükəmməl ideyadır. Qəbələdə dinləyici auditoriyasında müxtəlif yaşda insanların olması çox gözəldir. Konsertdə biz həm gənclərin, həm də daha yaşlı nəslin nümayəndələrinin iştirakının şahidi olduq. Məlumatım var ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hər il Qəbələdə ənənəvi olaraq beynəlxalq musiqi festivalları keçirilir. Qəbələdə klassik musiqiyə marağı olan tamaşaçıların daha çox olduğunu gördüm”.

Y. Frantz Qəbələyə səfəri zamanı “Beltman” Piano Fabriki ilə tanış olduğunu da söyləyib və burada istehsal olunan pianoların çox gözəl, keyfiyyətli olduğunu vurğulayıb. O, ən çox Almaniyanın Hamburq şəhərində konsertlər verdiyini və bundan sonra orada səhnəyə “Beltman” pianosu ilə çıxacağını bildirib.

Azərbaycan mədəniyyətinin təbliğinə dəstək məqsədilə bir sıra layihələri olduğunu deyən Y. Frantz gələcəkdə beynəlxalq festivallarda “Millətlər Filarmoniyası” orkestrinin üzvləri sırasında azərbaycanlı skripkaçıların da təmsil olunacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR