Elmar Məmmədyarov Qətərin yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Qətərin yeni səfirini qəbul edib
# 30 sentyabr 2016 15:12 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Yusif bin Həsən Yusif əl-Saini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib. Görüş zamanı Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib, turizm sahəsində uğurlu əməkdaşlıq imkanları müzakirə olundu.

Yusif bin Həsən Yusif əl-Sai diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR