DSMF: Özəl sektordan daxil olan sosial sığorta haqlarının həcmi 5,4% artıb

DSMF: Özəl sektordan daxil olan sosial sığorta haqlarının həcmi 5,4% artıb
# 13 oktyabr 2015 10:24 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci ilin 9 ayında sosial sığorta haqlarının 65%-i və ya 847,9 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4% və ya 43,4 mln. manat artıqdır.

Dövlət Sosial Müdafiə Fondundan "APA-Economics"ə verilən məlumata görə, qeyri-büdcə daxilolmalarının artımı Azərbaycan Prezidentinin həyata keçirdiyi genişmiqyaslı islahat tədbirləri nəticəsində ölkədəki orta aylıq əmək haqqının artımı, daimi yeni iş yerlərinin yaradılması və əmək haqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsinin birbaşa təsirinin göstəricisidir. Bu artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən DSMF-yə ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 mln. manat azalmasına səbəb olub.

Büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 456,7 mln. manat təşkil edib. Dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, yəni 876,1 mln. manat həcmində fondun hesabına daxil olub. Fondun sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 4,5 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR