Ombudsmanın nümayəndələri polis bölmələrində başçəkmələr keçiriblər

Ombudsmanın nümayəndələri polis bölmələrində başçəkmələr keçiriblər
# 25 dekabr 2015 14:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Xətai Rayon Polis İdarəsinin (RPİ) 34, 35, 36 və 37-ci polis bölmələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

Başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub. Adı çəkilən polis bölmələrinin rəhbərliyinə müvafiq qanunvericiliyə uyğun tövsiyələr verilib, hüquqi maarifləndirmə işi aparılıb. Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR