Naxçıvanda mədəniyyət sahəsində keçirilən tədbirlərlə əldaqədar QHT-lərin maliyyələşdirilməsi qaydası dəyişib

Naxçıvanda mədəniyyət sahəsində keçirilən tədbirlərlə əldaqədar QHT-lərin maliyyələşdirilməsi qaydası dəyişib
# 31 mart 2016 10:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, qaydaya əsasən dövlət büdcəsinin vəsaitləri hesabına QHT-lər tərəfindən mədəniyyət tədbirinin həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə QHT-lər arasında imzalanacaq qrant müqaviləsi əsasında maliyyələşdirilir.

İndiyə qədər mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər müəyyən edilib. Bu tədbirlərin siyahısı və həmin tədbirlərdə iştirak etmək niyyətində olan QHT-lər arasında müsabiqənin keçirilməsi barədə elan və müsabiqə şərtləri 3 iş günü müddətində Nazirliyin rəsmi elektron saytında dərc edilir. Dəyişikliyə əsasən bundan sonra QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırıldıqdan sonra tədbirlər müəyyən ediləcək.

Müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası yaradılır. Komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır, qərarları sadə səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Komissiya öz iş qaydasını müəyyən edir. Dəymşikliyə əsasən bundan sonra Komissiya müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatları barədə məlumatları rəyin bildirilməsi üçün Şuraya təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR